Noyerin toyundan FOTOLAR yayıldı
“Bavariya”nın qapıçısı Manuel Noyerin həndbolçu Anika Bissellə toyunun olduğu barədə məlumat vermişdik.
Aut.az xəbər verir ki, Cənubi Tirolda 13-cü əsrə aid qəsrdə baş tutan toydan fotolar yayılıb. Şənlik tam məxfilik şəraitində keçirilib.
Kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün bütün qala ərazisi təhlükəsizlik tərəfindən mühasirəyə alınıb. Bəlkə də buna görədir ki, Noyerin toyundan fotoları jurnalistlər yox, toya dəvət olunan qonaqlar sosial şəbəkələrdə yayıblar. Toyda 150 qonağın olduğu bildirilir.
Aut.az




