Almaniya

“Qarabağ”ın rəqibi dayanmır: tarixi rekord

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Bayer”in baş məşqçisi Xabi Alonso yeni rekorda imza atıb.

Aut.az xəbər verir ki, mütəxəssis Leverkuzen təmsilçisində Bundesliqada ardıcıl 8-ci qələbə qazanmaqla buna nail olub.

Alonso, komanda əsas çempionata yüksəldikdən sonra (1979) bu nəticəni əldə edən ilk baş məşqçi kimi tarixə düşüb. O, Klaus Topmellerin 2001-ci ildəki və özünün ötən mövsümkü rekordunu (7 ardıcıl qələbə) qırıb.

Qeyd edək ki, “Bayer” Bundesliqada 25 xalla liderdir.