Artıq 3 məşqçi “yox” deyib – “Bavariya” naçar qalıb
Avstriya yığmasının baş məşqçi Ralf Ranqnik “Bavariya”da işləməkdən imtina edib.
Aut.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı yazıb. Ralf Avstriya yığması ilə DÇ-2026-da iştirak etmək istədiyi üçün Münhen nəhənginə “yox” deyib.
Ranqnik vaxtilə Bundesliqada “Leypsiq”də uğurla çalışıb.
2021-ci ildə “Real”da ayrıldıqdan sonra işsiz qalan Zinəddin Zidan da “Bavariya”ya “yox” deyib.
Almaniya millisində qalmağa üstünlük verən Yulian Naqelsmann da Münhen komandasına qayıtmaqdan imtina edib.
Klubun Joze Mourinyonun namizədliyini nəzərdən keçirmədiyi və hazırda yeganə namizədin Roberto De Zerbi olduğu bildirilir.
Hazırkı baş məşqçi Tomas Tuxel cümə günü bildirib ki, rəhbərlik xahiş etsə belə, “Bavariya”da qalmayacaq.
Aut.az
