İtaliya

Görün “Yuve”nin baş məşqçisi xidmətini hansı kluba təklif edib

“Milan” rəhbərliyi yayda Stefano Piolini istefaya göndərmək barədə fundamental qərar qəbul etdikdən sonra növbəti mövsüm üçün yeni baş məşqçi axtarışına başlayıb .

Aut.az xəbər verir ki, İtaliya mətbuatının yazdığına görə, yayda istefaya göndərilmə ehtimalı olan “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Milan”a xidmətini təklif edib. O, artıq 2010-2013-cü illərdə “Milan”da çalışıb və komanda ilə 2011-ci ildə Skudetto qazanıb.

“Milan”ın qısa siyahısında Antonio Konte, Vinçenzo İtaliano, Mark Van Bommel və Paulo Fonseka da var.

Aut.az