Dünya futboluİtaliya

İşsizdir, bu təklifdən imtina etməz

Səudiyyə Ərəbistanının Ciddə şəhərinin “Əl-Əhli” klubu italiyalı mütəxəssis Cennaro Qattuzonu komandanın baş məşqçisi postuna təyin etmək istəyir.

Aut.az xəbər verir ki, 45 yaşlı Qattuzoya iki illik müqavilə təklif ediləcəyi bildirilir. Mütəxəssisin maaşı mövsümə 9 milyon avro olacaq.

Qattuzo hazırda işləmir. Onun son klubu İspaniya “Valensiya”sı olub. O, 2022-ci ilin iyulundan 2023-cü ilin yanvarına kimi bu kluba rəhbərlik edib.

Bundan əvvəl italyan “Napoli”, “Milan”, “Piza”, “Palermo”, “Sion” və OFI-nı çalışdırıb.