İtaliya

“Qarabağ”ın rəqibinin baş məşqçisi o məğlubiyyətdən sonra “qaçıb”

“Napoli”nin baş məşqçisi Antonio Konte A seriyasının 11-ci turunda “Bolonya”ya 0:2 hesabı ilə uduzduqları oyundan sonra beynəlxalq fasilə zamanı komandanı tərk edib.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb. Məşqçi noyabrın 17-də işə qayıdacaq.

Nəşrin məlumatına görə, italiyalı məşqçi əvvəlcədən bir həftəlik məzuniyyəti razılaşıb. O, hazırda Turindədir. Bu arada Kontenin köməkçisi Kristian Stellini futbolçuları hazırlayır.

Xatırladaq ki, İtaliya çempionatında keçirdiyi 11 oyundan sonra “Napoli” 22 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb və lider “İnter” və “Roma”dan 2 xal geri qalır.

Qeyd edək ki, “Napoli” ÇL-in əsas mərhələsində “Qarabağ”ın rəqibidir.

Aut.az