İtaliya

Bəyanat yaydılar

Turin “Yuventus”u  klubunun yarımmüdafiəçisi Nikolo Faqiolinin qanunsuz mərc oynamaqda ittiham olunması ilə  bağlı rəsmi açıqlama yayıb.

“Klub İtaliya Futbol Federasiyasının (FIGC) rəsmi press-relizini nəzərə aldı və bu yolda Nikolo Faqioliyə tam dəstəyini təsdiqləyir, oyunçuya müəyyən edilmiş terapevtik planı yerinə yetirmək üçün lazımi dəstəyi təmin edir.

Biz qəti əminik ki, Nikolo klubun, komanda yoldaşlarının, ailəsinin və ona kömək edəcək mütəxəssislərin dəstəyi ilə müalicə və məşq prosesinə böyük məsuliyyətlə yanaşacaq və diskvalifikasiyasını başa vurduqdan sonra meydana çıxmaq üçün geri qayıda biləcək”, – deyə İtaliya klubunun mətbuat xidmətinin bəyanatında deyilir.

Xatırladaq ki, oktyabrın 17-də “Yuventus”un futbolçusu Nikolo Faqioli qumar oyununa görə 7 aylıq diskvalifikasiyaya məruz qaldığı məlum olub . Futbolçunun agenti bildirib ki, onun müştərisi qumar asılılığından əziyyət çəkir və tezliklə lazımi müalicədən keçəcək.

Aut.az