“Siti”dən “Real”la “Barsa”ya mesaj: Gürcünü istəyirik
“Napoli”nin cinah futbolçusu Xviça Kvaratsxeliya komandadan ayrıla bilər.
Aut.az xəbər verir ki, “TBR Sports”un məlumatına görə, “Mançester Siti” futbolçu ilə ciddi maraqlanır. “Şəhərlilər” oyunçunu almaq üçün təklif verməyə hazırdır. Qeyd olunur ki, “Liverpul” da gürcünü almaqda maraqlıdır, lakin Məhəmməd Salahla müqavilənin uzadılması ehtimalı səbəbindən gürcünün Mersisayd düşərgəsinə transferi çətin ki, mümkün olsun.
Daha əvvəl “Barselona” və “Real Madrid”in Kvaratsxeliya ilə maraqlanması ilə bağlı məlumatlar yayılmışdı.
Xatırladaq ki, Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir. Bu mövsüm futbolçu 16 matçda iştirak edib, beş qol vurub və üç məhsuldar ötürmə edib.
Aut.az
