İspaniyaİngiltərə

De Yonq deyir: İngilislər “Barsa”a və ya “Real”da oynamaq istəyirlər

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq dünyanın ən yaxşı liqası ilə bağlı sualda heç bir intriqa görmür.

Aut.az xəbər verir ki, niderlandlı futbolçu bu barədə İngiltərə mətbuatına danışıb:

“Premyer Liqa, şübhəsiz ki, hazırda ən yaxşı liqadır. Necə ki, La Liqa təxminən 10 il əvvəl idi. Amma bu o demək deyil ki, sən öz dəyərini sübut etmək üçün orada oynamalısan.

Kukurealla “Brayton”da oynayanda, bir çox ingilis oyunçunun ona “Barselona” və ya “Real”da oynamaq arzusunda olduqlarını bildirdiyini demişdi.

Mənə gəlincə, uşaqlıqdan bəri “Barselona”da oynamaq arzusunda idim”.

Aut.az