Voleybol

İslamiada: Millimiz Əfqanıstana qalib gəldi, finala çıxdı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarındakı dördüncü matçında qalib gəlib.

Aut.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma Əfqanıstan seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin inamlı qələbəsi ilə bitib – 3:0 (25:7, 25:5, 25:9)

Yığma daha əvvəl İran və Tacikistan kollektivlərini 3:0 hesabı ilə üstələyib, Türkiyəyə isə eyni hesabla uduzub.

Noyabrın 13-də keçiriləcək final görüşündə Azərbaycan millisinin rəqibi Türkiyə yığması olacaq.