“Neftçi” qalib gəldi
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında mövsümə start verilib.
Aut.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk görüşündə “Murov Az Terminal” MOİK-ə 3:0 hesabı ilə qalib gəlib. Növbəti matçda isə “Neftçi” “Azərreyl”ii 3:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, I tura dekabrın 5-də “Gənclər” – “Xilasedici” oyunu ilə yekun vurulacaq.
