Dünya çempionatı: Türkiyə yarımfinalda
Sentyabrın 4-də qadın komandalar arasında voleybol üzrə dünya çempionatının 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.
Aut.az xəbər verir ki, Braziliya üç setdə Fransanı məğlub edib, Türkiyə isə ABŞ komandasına qalib gəlib.
Beləliklə, 1/2 finalın bütün iştirakçıları müəyyənləşib. Dünən, sentyabrın 3-də İtaliya üç setdə Polşanı asanlıqla məğlub etdi və Hollandiya çətin matçda Yaponiyaya uduzdu.
Braziliya – Yaponiya və Türkiyə – İtaliya finala vəsiqə uğrunda mübarizə aparacaq.
Qadınlar arasında Dünya Çempionatı, 1/4 final:
Braziliya – Fransa 3:0 (27:25, 33:31, 25:19)
ABŞ – Türkiyə 1:3 (14:25, 25:22, 14:25, 23:25)
Aut.az
