Voleybol

Avropa çempionatı: Azərbaycanın Almaniya sınağı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının final mərhələsində növbəti matçına çıxacaq.

Aut.az xəbər verir, Millimizin rəqibi C qrupuna ev sahibliyi edən Almaniya yığması olacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Hər iki komanda ilk turdakı görüşlərində quru hesablı qələbə qazanıb.

Qrupun bu gün keçiriləcək digər oyununda Yunanıstan İsveçi qəbul edəcək.

Qeyd edək ki, C qrupunda millimizin rəqibləri arasında Türkiyə və İsveç komandaları da var.

Avropa çempionatı: Final mərhələsi
19 avqust
C qrupu
22:00 Azərbaycan – Almaniya