Azərbaycan futboluManşet

Lunyov imza atdı: “Qarabağ”da bu qədər məvacib alacaq

Rusiyalı qapıçı Andrey Lunyov artıq “Qarabağ”la müqaviləyə imza atıb.

Aut.az xəbər verir ki, Lunyov Bakıya gəlib və “Qarabağ”la iki illik anlaşma imzalayıb. Yaxın dəqiqələrdə rəsmi açıqlama olacaq.

Rusiyalı yeni komandasında hər mövsümə 200 min avro qazanacaq.

31 yaşlı Lunyovun son klubu ötən mövsümün sonunda tərk etdiyi “Bayer” olub.