İngiltərə

Medalı 87 yaşlı atasına verdi – FOTO

“Vest Hem”in Konfrans Liqasındakı qələbəsindən sonra baş məşqçi Devid Moyes təsirli addımı ilə gündəmə gəlib.

Aut.az xəbər verir ki, Moyes medalını 87 yaşlı atasına təqdim edib.

London klubu “Fiorentina” üzərində dramatik qələbə qazanaraq (2:1) 43 ildə ilk kubokunu başı üzərinə qaldırıb. Moyes üçün bu qələbə də böyük əhəmiyyət kəsb edir – Konfrans Liqası Kuboku onun karyerasında ikinci kubok olub.

“Etiraf etməliyəm ki, bəli, bu, karyeramın ən yaxşı anıdır”, – şotlandiyalı BT Sport-a deyib.

Moyesin belə xüsusi anı ailəsi ilə bölüşmək istəməsi təəccüblü deyil. O, mükafatlandırma mərasimindən sonra 87 yaşlı atasına yaxınlaşaraq medalı onun boynuna asıb. Böyük Moyes finala gedən yolda turnirin hər bir oyununda komandaya dəstək olub.

Medalı 87 yaşlı atasına verdi – FOTO

Aut.az