İtaliyaİngiltərə

Sançosun “Roma”ya transferi niyə görə baş tutmur?

“Mançester Yunayted”in hücumçusu Ceydon Sançonun “Roma”ya transferi təhlükə altındadır.

Aut.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, transferi 25 yaşlı ingilisin yüksək maaş tələbləri çətinləşdirir. O, həftədə təxminən 290 min avro – yəni ildə 15 milyon avro almaq istəyir.

Qeyd edək ki, 2021-ci ildə “Mançester Yunayted” Sanço üçün Dortmund “Borussiya”sına 85 milyon avro ödəyib. Ötən mövsüm isə ingilis futbolçu icarə əsasında “Çelsi”də çıxış edib. O, bütün turnirlərdə 41 oyunda iştirak edib, 5 qol vurub və 10 məhsuldar ötürmə edib.

Aut.az