Əfsanədən İranın İtaliya ilə əvəzlənməsi ideyasına münasibət: Etik olmasa da…
İtaliya millisinin keçmiş qapıçısı Dino Zoff İran millisini əvəz edərək dünya çempionatına getməklə bağlı ideyaya münasibət bildirib.
Aut.az xəbər verir ki, Dino Zoff “Rai Radio1”-ə verdiyi müsahibədə deyib:
“Bu, edilə biləcək bir şeydir. Aydındır ki, burada ideal bir şey yoxdur. Fürsət yaranarsa, hətta etik olmasa belə, bundan istifadə etməliyik”.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Paolo Zampolli FİFA-dan qarşıdan gələn Dünya Kubokunda İranı İtaliya ilə əvəz etməsini istəyib.
Aut.az
