İngiltərəİtaliya

İtaliya klublarına təklif olunub, amma…

“Mançester Yunayted” və İngiltərə millisinin sabiq futbolçusu Cessi Linqard karyerasını İtaliyada davam etdirmək istyəirmiş.

Aut.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira verib.

Yarımmüdafiəçi transfer pəncərəsinin son həftəsində Seriya A klublarına təklif olunub. Lakin komandalar onu transfer etməkdən imtina ediblər.

Ötən ilin sonunda futbolçu “Seul”dan ayrılıb. O, bu klubun heyətində 66 oyun keçirib, 18 qol vurub və 10 məhsuldar ötürmə edib.

Avropada yarımmüdafiəçi “Mançester Yunayted”, “Vest Hem”, “Nottinqem” və İngiltərə millisindəki çıxışları ilə tanınır.

Aut.az