“Haaland dördüncü divizion oyunçusuna bənzəyir”
“Mançester Yunayted”in sabiq kapitanı Roy Kin İngiltərə çempionatının 30-cu turunun “Mançester Siti” – “Arsenal” oyunundan (0:0) sonra hücumçu Erlinq Holandı tənqid edib.
Aut.az xəbər verir ki, o, norveçli futbolçunun aşağı səviyyədə olduğunu iddia edib:
“Ümumilikdə onun oyun səviyyəsi çox aşağıdır. Ekran qarşısında o, dünyanın ən yaxşısıdır. Amma tamhüquqlu oyunçu kimi onun üçün vəziyyət çox pisdir. Haaland bunu təkmilləşdirməlidir. O, ikinci liqa (red – İngiltərənin səviyyəcə 4-cü divizion) oyunçusu kimi görünür. Mən bunu belə görürəm. Onun ümumi oyunu yaxşılaşmalıdır. Nu, növbəti bir neçə il ərzində baş verəcək”.
Qeyd edək ki, Haaland 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Bu mövsüm norveçli 35 matçda iştirak edib, 29 qol vurub və 6 məhsuldar ötürmə edib.
Aut.az
