“Liverpul”da ondan yaxşıları olub, gedəndə də dünya dağılmayıb – Roy Kin kimi deyir?
“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Roy Kin müdafiəçi Trent Alexander-Arnoldun “Liverpul”dan ayrıla biləcəyi ilə bağlı məsələyə münasibət bildirib.
Aut.az xəbər verir ki, daha əvvəl ingilis futbolçunun bu yay azad agent kimi “Real Madrid”ə keçəcəyi bildirilirdi.
“Trent haqqında elə danışırlar ki, sanki “Liverpul”dan getdiyi təqdirdə dünya dağılacaq. O, kluba yaxşı xidmət edən əla oyunçudur, lakin mən əminəm ki, “Liverpul” bu itkinin öhdəsindən gələcək.
Axı “Liverpul”da Trentdən daha yaxşı oyunçular olub və onlar gedəndən sonra da hər şey yaxşı olub”, – Britaniyanın “Mirror” onlayn nəşri Kindən sitat gətirib.
Aut.az
