İngiltərə

“Yunayted” rəsmən açıqladı: Bu ulduz ayrılır

“Mançester Yunayted”in mətbuat xidməti yarımmüdafiəçi Kazemironun bu yay klubdan gedəcəyini açıqlayıb.

Aut.az xəbər verir ki, “Mançester Yunayted” mövsümün sonunda başa çatacaq müqaviləni yeniləməyəcək.

“Mançester Yunayted” ömrümün sonuna qədər mənimlə qalacaq. Bu gözəl stadionda addımladığım ilk gündən “Old Trafford”un ehtirasını və bu xüsusi kluba olan sevgini indi azarkeşlərimizlə bölüşürəm.

İndi vidalaşmağın vaxtı deyil. Qarşıda bizi qarşıdakı dörd ay ərzində hələ çox gözəl anlar gözləyir.
Bizim hələ birlikdə görəcəyimiz çox şey var. Həmişə olduğu kimi, klubumuzun uğur qazanmasına kömək etmək üçün əlimdən gələni etməyə çalışacağam”, – mətbuat xidməti Kazemirodan sitat gətirib.

Aut.az