“Onlar Ferqyuson dövrünün necə olduğunu hiss etdilər”
Ueyn Runi “Mançester Yunayted”in baş məşqçi vəzifəsini müvəqqəti icra edən Maykl Kerrik barədə danışıb.
Aut.az xəbər verir ki, o, komandanın “Mançester Siti” üzərində qazandığı 2:0 hesablı inamlı qələbənin gənc azarkeşlərə Ser Aleks Ferqyuson dövrünü yaşadıb. “Yunayted”in keçmiş hücumçusu “Old Trafford”da keçirilən oyunda komandanın nümayiş etdirdiyi enerji, inam və mübariz ruhu xüsusi qeyd edib:
“Gənc fanatlar Ser Aleks Ferqyuson dövrünün necə olduğunu hiss etdilər. Son 10–13 ildə çox çətin vaxtlar yaşayan gənc azarkeşlərin bir çoxu bu qədər yaxşı oynayan, bu qədər enerjili, topa sahib olanda cəsarətli, eyni zamanda dözümlü və rəqib üçün çətin komandanı heç vaxt görməmişdi”.
Aut.az
