O, “Tottenhem”in əfsanəsi statusuna layiqdir: Şeringem kimi nəzərdə tutur?
“Tottenhem”in sabiq hücumçusu Teddi Şeringem London klubunun hücumçusu Son Hın Min haqda danışıb.
Aut.az xəbər verir ki, Şerinqem onun “əfsanə” statusuna yaxın olduğuna inandığını bildirib.
“Son çox məşhur oyunçudur. O, Asiyada super ulduzdur və məncə o, “Tottenhem”də də super ulduzdur.
Mənim üçün onuncu mövsümündə o, artıq əfsanə statusunun astanasındadır. “Tottenhem”də olduğu müddətdə onun əsl liderə çevrildiyini gördük. Bu onun onuncu mövsümüdür və pərəstişkarları onu sadəcə olaraq sevirlər”, – Şeringem bildirib.
2021-22 mövsümündə Məhəmməd Salah ilə “Qızıl buts”u paylaşan Son, rekord sayda, 9 dəfə Asiyanın ən yaxşı futbolçusu seçilib.
Cənubi Koreyalı futbolçu London klubuna 2015-ci ildə “Bayer” Leverkuzendən keçib. O, vurduğu 159 qolla klubun bütün zamanların ən yaxşı bombardirləri siyahısında beşinci yerdədir.
Aut.az
