İspaniya

Rəhbərliyin belə münasibətindən təəccüblənib: O cür söz-söhbətdən sonra…

“Barselona”nın hücumçusu Rafinya Dias klub rəhbərliyinin ona qarşı münasibətindən təəccübləndiyini etiraf edib.

 Uzun müddətdir ki, mətbuat Kataloniya klubunun braziliyalını satmaq istədiyini yazırdı. Lakin sonda onu komanda kapitanlarından biri seçdilər.

Yeni mövsümdə 27 yaşlı futbolçu etimadı doğruldur: La Liqada keçirdiyi 4 matçda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Klubdan getməyimlə bağlı bütün bu mesajları oxuyandan, klubun mənimlə hesablaşmadığını, mətbuatın mənim haqqımda necə pis danışdığını eşidəndən sonra kapitanlardan biri olacağımı heç təsəvvür edə bilməzdim. Soyunub-geyinmə otağında insanlar mənə güvənirlər. Bu, sizi təsirləndirir və özünüzü daha vacib hiss edirsiniz”, – Rafinya RAC1-ə bildirib.

Aut.az