İspaniya

“Barselona” gürcüstanlı futbolçu üçün hərəkətə keçdi

“Barselona” rəhbərliyi “Napoli”nin vingeri Xviça Kvaratsxeliyanı transfer etməyi planlaşdırır.

Aut.az xəbər verir ki, Kataloniya təmsilçisi gürcüstanlı futbolçu ilə müqavilə bağlamaq imkanlarını ətraflı öyrənir. İspaniya mətbuatına iddiasına görə, “Barsa” bossları Kvaratsxeliyanın agenti ilə bir neçə dəfə əlaqə saxlayıblar. Klublar arasında sövdələşmənin məbləği 90-100 milyon avro ola bilər.

2022-ci ildən “Napoli”də çıxış edən Kvaratsxeliya bu mövsüm 31 matçda gürcü 6 qol vurub, 5 məhsuldar ötürmə edib.

“Barselona” Xviça ilə yanaşı, “Brayton”dan Kaoru Mitoma və “Arsenal”dan Qabriel Martinelli arasında da seçim edir.