“Real” narazıdır: Həm burada, həm də Ayda penalti idi
“Real”ın baş məşqçisi Alvaro Arbeloa La Liqanın 31-ci turunda “Jirona”ya qarşı keçirilən oyunda (1:1) hakim qərarlarını tənqid edib.
Aut.az xəbər verir ki, 43 yaşlı mütəxəssisin fikrincə, oyunun baş hakimi Xavyer Alberola Roxas qarşılaşmanın 88-ci dəqiqəsində Kilian Mbappenin yıxıldığı epizodda penalti təyin etməli idi:
“Mənim üçün bu, həm burada, həm də Ayda penalti idi və bu, belə hallardan daha biridir. Yenə eyni şey, hər həftə olduğu kimi. Niyə VAR müdaxilə etmədi? Bunu heç kim anlamır. VAR yalnız istədiyi zaman müdaxilə edir. Mən artıq fikrimi bildirmişəm və bu epizodlar onu bir daha təsdiqləyir. Bu, tamamilə açıq vəziyyətdir. Kiliana daha zəif təmaslara görə də qayda pozuntusu verilib. Bizdə artıq belə hallar çox olub. Həm bu həftə, həm də ötən həftə “Malyorka”ya qarşı oyunda (1:2). Hər şey həmişəki kimidir”.
Turnir cədvəlində “Real” 2-ci yerdə qərarlaşıb və “Barselona”dan 6 xal geri qalır. “Jirona” isə 38 xalla 12-ci pillədədir.
Aut.az
