İspaniya

“Real”la bağlı çat söhbəti: “Onları necə də sökürlər!”  

“Barselona”nın futbolçuları komanda çatında “Real”ın “Mançester Siti”yə uduzmasını (0:4) müzakirə ediblər.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

“Onları necə də sökürlər!” – Çempionlar Liqasının yarımfinalında “Mançester Siti” ilə “Real” arasında keçirilən cavab matçı axşamı “Barselona” futbolçularının yazışmaları bu sözlərlə başlayıb.

“Barselona”nın futbolçularından biri sonuncu dəfə İspaniya Superkubokunun finalında “Real”ın oxşar oyununu gördüyünü yazıb. Bu görüşdə kataloniyalılar 3:1 hesabı ilə qalib gəlib.

Bir neçə “Barsa” oyunçusu “Mançester Siti”nin oyununu tərifləyərək yazıb: “Onlar necə də yaxşıdır!”

Müdafiəçi Erik Qarsiya və daha əvvəl “Mançester Siti”də çıxış etmiş cinah oyunçusu Ferran Torres keçmiş komanda yoldaşlarını təbrik ediblər. Xavi də Qvardiolaya təbrik mesajı göndərib.

Aut.az