İspaniya

Reşford debüt oyununda hər kəsi şoka saldı: Bu epizodda qol vura bilmədi – VİDEO

Hücumçu Markus Raşford “Barselona”dakı rəsmi debütündə xoşagəlməz hadisə ilə üzləşib.

Aut.az xəbər verir ki, İngiltərəli hücumçu katalonların heyətində ilk dəfə “Kuper Qamper” Kuboku çərçivəsində “Komо” ilə yoldaşlıq matçında (5:0) əsas heyətdə meydana çıxıb. O, görüşün gedişində fərqlənmək üçün əla fürsət qazanıb. Lakin asan vəziyyətdə topu boş qapıdan keçirə bilməyib.

Bu an o qədər təəccüblü olub ki, komanda yoldaşları Rafinya, Pedri, Fermin və Qarsiya eyni anda başlarını tutaraq gözlərinə inana bilməyiblər.

Sosial şəbəkələrdə artıq bu epizodun yay mövsümünün ən məşhur futbol memlərindən biri ola biləcəyi barədə zarafatlar gedir. “Barselona” azarkeşləri isə hücumçunun növbəti oyunlarının daha uğurlu olacağına ümid edir.

Qeyd edək ki, “Mançester Yunayted”dən transfer edilən Markus icarə əsasında klubda oynayır və müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Sözləşmədə hücumçunun satın alınma hüququ da var.

Aut.az