İtaliya

Araları dəyib: O, belə müqavilə təklif edir, bu da…  

“Napoli”nin baş məşqçisi Luçano Spaletti komandanı tərk edə bilər.

Aut.az xəbər verir ki, 64 yaşlı italiyalı mütəxəssisin “Napoli”nin sahibi Aurelio De Laurentislə münasibətləri pisləşib. Bu barədə məlumatı “Corriere dello Sport” yayıb.

Daha əvvəl bildirilmişdi ki, Spalletti ilə müqavilə avtomatik olaraq 2024-cü ilə qədər uzadılıb. Lakin De Laurentis məşqçiyə uzunmüddətli müqavilə təklif etmək istəyirdi. Lakin Luçano bu təklifi qəbul etməyib, o, klubu tərk etməkdə qərarlıdır.

Mətbuatda yayılan məlumata görə, Spalletti maaşının 1,5 dəfə artırılmasını istəyir.

Bu mövsüm “Napoli” 1990-cı ildən sonra ilk dəfə İtaliya çempionu olub.

Spaletti 2021-ci ilin yayından neapollulara başçılıq edir. İtaliyalı daha əvvəl “İnter”, “Roma” (iki dəfə), “Zenit”, “Udineze”, “Sampdoriya” və “Empoli”ni çalışdırıb.

Aut.az