İtaliya

Günahkar hamıdır, bədəli məşqçi ödəyir: Dibala Mourinyo haqda

“Roma”nın yarımmüdafiəçisi Paulo Dibala Joze Mourinyonun komandanın baş məşqçi postundan qovulmasından danışıb..

Aut.az xəbər verir ki, Dibala bu barədə klubun rəsmi saytına açıqlama verib.

“Mən təkbətək söhbətimizdə ona lazım olan hər şeyi söylədim. Mövsüm ərzində məşqçi itirmək heyfdir. Düşünürəm ki, hamı günahkardır, amma futbolda bədəl ödəyən məşqçilərdir. Biz oyunçular da baş verənlərə izahat tapmaq üçün öz içimizə baxmalıyıq”, – “Roma”nın rəsmi saytı Dibalanın sözlərindən sitat gətirib.

Mourinyo 2021-ci ilin iyulundan “Roma”ya rəhbərlik edib. Onun rəhbərliyi altında komanda Konfrans Liqasının qalibi (2021/2022) olub, eyni zamanda Avropa Liqasının finalına yüksəlib (2022/2023), burada “Sevilya”ya uduzub (1:1, 1:4).

61 yaşlı mütəxəssis 2024-cü ilin yanvarında istefaya göndərilib və onun yerinə Daniele De Rossi gətirilib.

23 turdan sonra “Roma” A Seriyasında 38 xalla 5-ci yerdədir. Çempionata “İnter” başçılıq edir (57 xal).

Aut.az