Görün “Yuventus” Taysona nə hədiyyə etdi – FOTO
İtaliyanın “Yuventus” futbol klubu əfsanəvi boksçu Mayk Taysona fərdi forma hədiyyə edib.
Aut.az xəbər verir ki, bu barədə məlumatı Tayson özü sosial şəbəkədə paylaşıb.
Xatırladaq ki, Taysonun ilk titulu 1986-cı ildə qazandığı WBC kəməri olub, 1987-1990-cı illərdə Ceyms Smit və Toni Taker üzərində qələbələrdən sonra WBA və IBF kəmərlərinin sahibi olub. 1989-1990-cı illərdə Tayson “The Ring” jurnalına görə çəki dərəcəsindən asılı olmayaraq ən yaxşı boksçu olub.
Bir neçə gün əvvəl İtaliya A Seriyasının 23-cü turunun mərkəzi qarşılaşmasında “İnter” və “Yuventus” “San Siro” stadionunda (Cüzeppe Meazza) qarşılaşıblar. “İnter” minimal hesablı qələbə qazanıb – 1:0. “Yuventus” 23 oyundan sonra 53 xal toplayaraq turnir cədvəlində ikinci yerdədir.
Aut.az


