İtaliya

Müalicə başladı: İlk kimyaterapiya kursundan keçdi  

Xəstəxanaya yerləşdirilən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoniyə leykemiya diaqnozu qoyulduğu barədə məlumat vermişdik.

Aut.az xəbər verir ki, “Monza” klubunun prezidenti artıq müalicəyə başlayıb. O, ilk kimyaterapiya kursundan keçib. Bu barədə “Corriere della Sera” yazıb.

Daha əvvəl Milan nəşri yazmışdı ki, 86 yaşlı siyasətçinin “San Raffaele” xəstəxanasına yerləşdirilməsinə səbəb leykoz fonunda inkişaf edən pnevmoniya olub.

Berluskoni xəstəxanaya yerləşdirildikdən sonra, aprelin 5-də  ilk kimyaterapiya kursuna başlayıb.

Berluskoninin səhhətinə onun şəxsi həkimi, professor Alberto Zanqrillonun rəhbərlik etdiyi tibbi heyət nəzarət edir.

Son illərdə Berluskoni dəfələrlə “San Raffaele” xəstəxanasında müalicə alıb. 2016-cı ildə açıq ürək əməliyyatı keçirib.

Aut.az