“Barsa” bu iki hücumuçunu da gözaltı edib: Alvaresin keçidi alınmasa…
“Barselona” rəhbərliyi mərkəz hücumçusu axtarışını davam etdirir.
Daha əvvəl xəbər verildiyi kimi, əsas namizəd “Atletiko Madrid”də oynayan argentinalı Xulian Alvaresdir.
Aut.az xəbər verir ki, “Cadena SER”in məlumatına görə, “Barsa”nın hücumçu mövqeyi üçün siyahısında ən azı iki namizəd var: “İnter”dən Lautaro Martines və “Çelsi”dən Joao Pedro.
“Barselona” rəhbərliyi hər iki oyunçunun klub üçün lazımi keyfiyyətlərə malik olduğuna inanır. Kataloniya klubu hazırda La Liqanın turnir cədvəlində 85 xalla birinci yerdədir.
Aut.az
