İngiltərə

Söz atdı: İti satın

“Aston Villa”nın sabiq hücumçusu Qabriel Aqbonlahor “Arsenal”ın baş məşqçisi Mikel Artetaya “ilişib”.

Aut.az xəbər verir ki, “Mançester Siti” Premyer Liqada çempionluğu təmin etdikdən sonra Qabriel sosial şəbəkədə belə yazıb:

“İti satışa çıxarın”.

Xatırladaq ki, bir müddət əvvəl “Arsenal”ın baş məşqçisi Mikel Arteta labrador cinsindən it aldığını və adını “Qələbə” qoyduğunu bildirmişdi. Bu həmin vaxt idi ki, “Arsenal” turnir cədvəlində lider idi və qələbələri sıralayırdı.

Aut.az