Çempionlar LiqasıAlmaniyaİngiltərə

Morqan “Bayerin”in ulduzunu bu sözünə görə ələ saldı: Təlxəkdir

Tanınmış idman jurnalisti Pirs Morqan “Arsenal” haqqında söylədiyi fikirlərdən sonra “Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmixi ələ salıb.

Çempionlar Liqasının 5-ci turunda “Bavariya” “Arsenal”a 1:3 hesabı ilə uduzub.

Aut.az xəbər verir ki, Kimmix matçdan sonra bildirib ki, Münhen komandası üçün ən çətin rəqib “Arsenal” deyil, PSJ olub, çünki həmin oyun futbola daha çox bənzəyib.

“Bu necə təlxəkdir” deyən Morqan Kimmixin sözlərinə gülməkdən ağlayan 3 emoji əlavə edərək reaksiya verib.

Aut.az