Holland Oskardan imtina edərdi – Bu komandanın çempionluğuna görə
Hollivud aktyoru və “Tottenhem” azarkeşi Tom Holland sevimli komandasının qələbəsi naminə böyük bir film mükafatından imtina etməyə hazır olduğunu etiraf etdi.
Aut.az xəbər verir ki, Holland “The Times” üçün yayımlanan videoda “Oskar mükafatı qazanmağı, yoxsa “Tottenhem” Premyer Liqada qalib gəlməsini istərdiniz?” sualına belə cavab verib:
“Mən “Tottenhem”in Premyer Liqada qalib gəlməsini seçərdim! Oskar mükafatı qazanmaqdan şərəf duyardım, amma… Premyer Liqada qalib gəlmək möcüzə olardı”.
Aut.az
