Gürcü qapıçı rəsmən “Liverpul”da – FOTO
“Liverpul” “Valensiya”nın və Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvilini transfer etdiyini rəsmən açıqlayıb.
Aut.az xəbər verir ki, 23 yaşlı qolkiperlə 6 illik müqavilə 2030-cu ilin yayına kimi nəzərdə tutulub.
Eyni zamanda, Mamardaşvili “Liverpul”a yalnız 2025-ci ilin yayında qoşulacaq. O, 2024/2025 mövsümünü 2021-ci ildən rənglərini qoruduğu hazırkı klubu “Valensiya”da icarə əsasında keçirəcək.
Nüfuzlu italyan insayder Fabritsio Romanonun sözlərinə görə, transfer məbləği 30 milyon avro və 5 milyon mümkün bonusdur.

Aut.az
