“Barselona” Fliklə müqavilə imzalamaq üçün nəyi gözləyir?
“Barselona”nın baş məşqçisi Hansi Flik komanda La Liqada çempionluğu rəsmiləşdirdikdən sonra klubla yeni müqavilə imzalayacaq.
Aut.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
Bildirilir ki, klub Flikə 2 illik müqavilə və əlavə olaraq daha 1 illik uzatma opsiyası təklif etməyi planlaşdırır.
Almaniyalı mütəxəssis artıq bildirib ki, “Barsa” onun məşqçi karyerasında son klubu olacaq.
Hazırda mövsümün sonuna 7 tur qalmış “Barselona” turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi olan “Real”ı 9 xal qabaqlayır.
