O, qapıçıların Maradonsı, Messisidir: Kanisares kimi deyir?
“Real Madrid”, “Valensiya” və İspaniya millisinin sabiq qapıçısı Madrid klubunun hazırkı qapıçısı Tibo Kurtua haqqında danışıb.
Aut.az xəbər verir ki, Kanisares bu barədə “Movistar”a danışıb.
“Biz deyirik ki, Messi və başqaları var, ya da Maradona var… Deməli, Kurtua qapıçılar arasında Maradona, Messi və Kriştianodur. O, digərlərindən qat-qat üstündür və bunu hər gün sübut edir.
Biz onun künc zərbələrindən sonra vacib seyvlərinə öyrəşmişik. Bunu digər qapıçılarla da vurğulayardıq, amma onun vəziyyətində bu, artıq adi haldır.
Məncə, onun böyüklüyü buradadır. O, meydanda gördüyüm ən yaxşı qapıçıdır”, – Kanisares bildirib.
Cari mövsümdə 32 yaşlı Kurtua “Real”da 7 matçda 3 qol buraxıb, 4 matçda qapısını toxunmaz saxlayıb.
Aut.az
