“Barsa” tarixi müqaviləni elan etməyə hazırlaşır – 10 illik
İspaniyanın “Barselona” futbol klubu “Nike” ilə 10 illik tarixi müqaviləni elan etməyə hazırlaşır.
Aut.az xəbər verir ki, bu barədə “Barca Universal” “X” sosial şəbəkəsində jurnalist Xose Alvaresə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, müqavilənin şərtlərinə görə, ispan klubu ildə 90 milyon avro alacaq. “Barselona”nın “Nike” idman brendi ilə hazırkı müqaviləsi illik 35 milyon avrodur.
Xatırladaq ki, “Barselona”nın futbolçuları 1998-ci ildən Amerika şirkətinin avadanlıqlarında oynayır və məşq edirlər.
Aut.az
