İspaniya

Benzemadan Mbappeyə: Orada öldürürlər, əgər 2-3 oyun…

“Real”ın sabiq hücumçusu Kərim Benzema “kral klubu”nun  hücumçusu Kilian Mbappeyə qarşı təzyiqlərdən danışıb.

“Mbappe bilir ki, “Real Madrid”də çox təzyiq var, 2-3 qolsuz oyun keçirsən, səni orada öldürürlər.

Eyni zamanda, siz “Qızıl top”u qazana və sonra üç matçda qol vura bilməzsiniz”, – jurnalist Fabritsio Romano Benzemadan sitat gətirib.

Mbappe bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 14 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə verib.

Aut.az