Çempionlar Liqasıİspaniya

Ançelotti nədən narazı qalıb? – Fasilədə onlara dedim ki…

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Leypsiq”lə heç-heçədən (1:1) sonra komandasının çıxışını dəyərləndirib.

Aut.az xəbər verir ki, Madrid klubunun çalışdırıcısı mərhələ adlamasına rəğmən, komnadasının oyunundan narazılıq edib:

“Kifayət qədər məsuliyyət yoxdur, səhv etdiyimiz məqamlarla bağlı kifayət qədər narahatlıq yoxdur. Düşünürəm ki, burada psixoloji aspekt mühüm rol oynadı. Çox güclü, itirəcək heç nəyi olmayan rəqibə qarşı oynadıq. Komandam elə əvvəldən əyləci basmış kimi oynadı. Təbii ki, müdafiə olunmalıydıq. Amma indi vacib olan yeganə şey 1/4 finalda olmağımızdır.

Fasilədə onlara dedim ki, “Leypsiq”i daha çox sıxmağınızı istəyirəm. Daha çox enerji istəsəm də, demək olar ki, bütün matç boyunca ayağımız əyləcdə oynadıq. Bu, mənim komandam üçün ən yaxşı gecə olmadı – biz bunu qəbul etməliyik”.