İspaniya

“Real” Münhenə gəldi, bu FOTONU paylaşdı

Çərşənbə axşamı, aprelin 30-da “Real” Çempionlar Liqasının ilk yarımfinal matçında Münhendə “Bavariya” ilə qarşılaşacaq.

Aut.az xəbər verir ki, Madrid klubu artıq Münhenə gəlib. “Qalaktikos”un mətbuat xidməti qapıçılar Andrey Lunin və Tibo Kurtuanın olduğu foto dərc edib.

Kurtua zədəsini sağaldıb və bu mövsüm ilk dəfə olaraq “Real”ın matç üçün heyətinə daxil edildi. Bununla belə, daha əvvəl İspaniya mətbuatı Kurtuanın bu matçda oynaya bilməyəcəyini yazıb. “Real”ın qapısını Andrey Lunin qoruyacağı gözlənilir.

“Real” Münhenə gəldi, bu FOTONU paylaşdı

Aut.az