Dəhşətli yanğına görə oyun təxirə salındı – VİDEO
Çempionşipin (İngiltərə futbolunun ikinci güclü divizionu) 36-cı turunun “Sauthempton” – “Preston” matçı stadionun yaxınlığında baş verən güclü yanğın səbəbindən təxirə salınıb.
Aut.az xəbər verir ki, oyun bu axşam Sauthemptondakı “Sent Meri” stadionunda keçirilməli idi.
Çərşənbə günü günortadan sonra stadionun yaxınlığındakı bir neçə binada yanğın baş verib. Dörd sənaye obyektini əhatə edən yanğın yerində 18 yanğınsöndürən maşın olub.
Təhlükəsizliyə görə matçın təxirə salınmasına qərar verilib.
Aut.az
