Almanlar fanatlar aləmi bir-birinə qatdılar
“Union Berlin” klubunun 200-dən çox azarkeşi Çempionlar Liqasının qrup mərhələsinin IV turunun “Napoli” ilə oyunu öncəsi Neapolda iğtişaşlar törədib.
Aut.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Hadisə ötün gün baş verib. Şəhər mərkəzindəki küçələrdə bir neçə dəfə polislə toqquşan, fişənglər yandıran və tüstü bombaları atan almaniyalı azarkeşlər iğtişaş törədiblər. Polis dəyənək və gözyaşardıcı qazla cavab verib.
Hadisə nəticəsində bir neçə fanat saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə xəsarətlər alıblar. Bir sıra küçələrdə mağaza vitrinlərinə və avtomobillərə ziyan dəyib.
Hazırda belə hadisələrin bir daha təkrarlanmaması üçün tədbir görülür.
Qeyd edək ki, “Napoli” – “Union Berlin” matçı bu gün saat 21:45-də başlayacaq.
