Federasiya prezidentliyinə ilk namizəd jurnalist oldu
“Cadena Cope”nin jurnalisti Karlos Herreyra İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti vəzifəsinə namizədliyini irəli sürmək niyyətini rəsmən təsdiqləyib.
“Bəli, qəti şəkildə bəli. Müraciətimdə bir çox ispan idmançıların, azarkeşlərin və ümumiyyətlə topun nə olduğunu bilənlərin istəklərini toplamaq istəyirəm.
Futbolu xalqa qaytarmaq istəyim var. Futbol praktiki olaraq şəxsi biznesə çevirilib. Bu qapı açılmalıdır. Düşünürəm ki, biz bunu edə bilərik. Bütün uşaqların futbol meydançası olmalıdır. Mən uşaqlar haqqında danışarkən oğlan və qızları nəzərdə tuturam”, – Herreyra bildirib.
Karlos Herreyra prezidentliyə namizəd olmaq niyyətini açıq elan edən yeganə şəxsdir. Mümkün digər namizədlər arasında keçmiş hakim Antonio Mateu, “Barselona”nın keçmiş direktoru və “Malyorka”nın sabiq prezidenti Mateu Alemani bə “Banco de Santander”in keçmiş baş direktoru Rami Abuhair var.
Xatırladaq ki , RFEF-in əvvəlki prezidenti Luis Rubiales sentyabr ayında futbolçu Cenni Hermoso ilə öpüş qalmaqalından sonra tutduğu vəzifədən istefa vermişdi.
Aut.az
