Putini öldürmək istəyir: Bir həftə içib sevinərdim
Kiyev “Dinamo”sunun və Ukrayna millisinin sabiq futbolçusu, Azərbaycan əsilli Aleksandr Əliyev Rusiya prezidenti Vladimir Putin haqqında fikirlərini bildirib.
Aut.az xəbər verir ki, o, Putini öldürmək istədiyini bildirib:
“Onu öldürməyi çox istəyərdim. Düşünürəm ki, o, tezliklə öləcək. Mən onu heç vaxt görməmişəm. Bu, faşistdir, Hitlerdir. Putin harayla yola getmirsə, ora kədər olur. İsraildə müharibəyə kim səbəb olur? Yenə Putin. 140 milyon insan isə sadəcə olaraq susur. Heç kim bir söz demir, hamı onu dəstəkləyir. Putin ölsəydi, yəqin ki, bir həftə içib sevinərdim”.
Bundan əvvəl o , Ukrayna millisindəki keçmiş komanda yoldaşı Anatoli Timoşçuku ölkəyə xəyanətdə ittiham edərək öldürəcəyini bildirmişdi.
