İspaniya

İllər sonra qayıtdı – FOTO

“Barselona”ya yeni idman direktoru təyin edilib.

Autka.az xəbər verir ki, bu post klubun əfsanələrindən olan Dekoya tapşırılıb. Bu barədə “Barsa”nın rəsmi saytı məlumat yayıb.

2004-2008-ci illərdə Kataloniya təmsilçisində çıxış edən sabiq yarımmüdafiəçiylə 3 mövsümlük müqavilə imzalanıb.

O, sentyabrın 2-nə – transfer pəncərəsi bağlanana qədər bu vəzifədə Mateu Alemani ilə birlikdə çalışacaq. Alemani daha sonra klubun idman direktoru vəzifəsini tərk edəcək.

İllər sonra qayıtdı - FOTO