“Barselona” bu brendlə anlaşdı: İldə bu qədər qazanacaq
“Barselona” tezliklə “Nike” markası ilə yeni müqavilə imzalayacaq.
Aut.az xəbər verir ki, “Barsa” bu müqaviləyə əsasən ildə 105-120 milyon avro qazanacaq. Bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin sözlərinə görə, ilkin olaraq Kataloniya klubunun maliyyə ili başa çatan iyunun 30-dan əvvəl yeni müqavilə imzalaması planlaşdırılırdı. Bununla belə, “blauqrana”lar tələsmək istəmirlər və iyunun 30-dan sonra müqavilə bağlayacaqlar.
“Nike”nin birdəfəlik imza bonusu olaraq Barselonaya 100 milyon avro da ödəyəcəyi vurğulanır.
Xatırladaq ki, əvvəllər tərəflər yeni müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilmirdilər və “Barselona” Nike ilə əməkdaşlığa son qoymağa yaxın idi.
Aut.az
