Oblak üçün əlamətdar oyun
Çempionlar Liqasının “Liverpul”a qarşı oyunu (2:3) ilə “Atletiko”nun qapıçısı Yan Oblak üçün əlamətdar olub.
Aut.az xəbər verir ki, o, Madrid klubunun heyətində 500-cü rəsmi matçına çıxıb. Bu nailiyyət sayəsində Oblak klub əfsanəsi Adelardo Rodriqesə daha da yaxınlaşıb.
Adelardo “Atletiko” forması altında 553 oyun keçirib. Siyahıya isə 700 qarşılaşma ilə Koke başçılıq edir.
12 il ərzində klubun şərəfini qoruyan Oblak 2014-cü ildə “Olimpiakos”a qarşı oyunda debüt edib. Bu müddətdə o, 373 dəfə La Liqada, 95 dəfə Çempionlar Liqasında, 18 dəfə İspaniya Kubokunda, 6 dəfə Avropa Liqasında, 4 dəfə İspaniya Superkubokunda, 3 dəfə klublararası dünya çempionatında və 1 dəfə UEFA Superkubokunda meydana çıxıb.
Aut.az
